AZ

Polşadan Berlinə ittiham: Miqrantları zorla qovursunuz!

"Polşa Almaniyanı mövcud prosedurları pozaraq qanunsuz miqrantları zorla Polşa ərazisinə qaytarmaqda ittiham edib. Bu məsələ Ukrayna vətəndaşlarına da aid ola bilər".

News365.azxəbər verir ki, bu barədə Polşanın TVN24 nəşri məlumat yayıb.

"İki dövlət arasında ictimai narazılığa səbəb olan bir qrup miqrantın Almaniyadan Polşaya qayıtması ilə bağlı insident iyunun 15-də baş vermişdi. Həmin vaxt Frankfurt  və Slubiçe şəhərləri arasındakı sərhəd körpüsündə alman polisi baqajları olan onlarla qadın və kişidən ibarət qrupa körpünü tez bir zamanda Polşaya keçməyi əmr etmişdi.

Polşa Sərhəd Mühafizəsinin Baş Komandanının nümayəndəsi polkovnik-leytenant Anjey Juzviakın sözlərinə görə, “İlkin nəticələrə əsasən, Almaniya polisi tərəfindən ölkəyə girişə icazə verilməyən  qruplar arasında Ukrayna vətəndaşları da ola bilər”.

Polşa sərhəd zastavasının komendantı məsələni aydınlaşdırmaq üçün Almaniya tərəfdən olan həmkarına müraciət ünvanlayıb.

Polşa prezidenti Anjey Duda alman polisinin məlum hərəkətlərini “qanunsuz, qalmaqallı və normaları poza” addım adlandırıb.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
news365.az

1Mənbələr