AZ

Azərbaycanın valyuta ehtiyatları rekord həddə ÇATDI – SON RƏQƏM

Azərbaycan dövlətinin strateji valyuta ehtiyatlarının həcmi ilk dəfə olaraq 70 milyard dollara çatıb.

Gundem.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin iyunun 1-də ehtiyatların həcmi 69,7 milyard dollar olub. İlin əvvəlindən bəri ehtiyatlarda 1,3 milyard dollar, yəni 1,8 faiz artım qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları Dövlət Neft Fondunun və Mərkəzi Bankın xarici valyutada olan vəsaitlərindən ibarətdir. Birinci rübün sonunda Neft Fondunun 57,37 milyard dollar, Mərkəzi Bankın 11,65 milyard dollar vəsaiti var idi. Son iki ayda adıçəkilən iki dövlət qurumunun ehtiyatlarında daha 0,7 milyard dollara yaxın artım qeydə alınıb.

Onu da bildirək ki, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin ÜDM-yə nisbəti 100 faizə yaxınlaşır. Proqnoza əsasən, bu ilin sonunda ÜDM-nin nominal dəyəri 70-71 milyard dollar həcmində olacaq. İlin sonuna qədər strateji ehtiyatların bu səviyyəyə çatması, hətta bir qədər keçməsi realdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
gundem.az

1Mənbələr