AZ

Avstraliyada “Hunter” sinfinə aid ilk freqatın tikintisinə başlanılıb

İyunun 21-də Cənubi Avstraliyanın Adelaida şəhərindəki Osborne Donanma Gəmiqayırma Zavodunda Avstraliya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan “Hanter” sinifli freqat üçün ilk poladın kəsilməsi mərasimi keçirilib.

Herbiand.az navalnews-a istinadən xəbər verir ki, Avstraliya hökuməti bu ilin əvvəlində Hərbi Dəniz Qüvvələrinin zərbə imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirmək üçün Cənubi Avstraliyada altı “Hunter” sinifli freqat tikmək öhdəliyi götürüb.

BAE Systems Australia şirkəti ilə ilk üç “Hunter” sinif freqatının tikintisi üçün müqavilə imzalanıb. İlk gəminin 2034-cü ildə xidmətə girəcəyi gözlənilir. Freqatların tikintisi Osborne Dəniz Gəmiqayırma Zavodunda başlayacaq. Bütün altı gəminin təhvil verilməsi isə 2040-cı illərin birinci yarısında başa çatacaq.

Bəxtiyar CƏFƏRLİ



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
herbiand.az

1Mənbələr