AZ

Xüsusi təyinatlılar separatçıların qərargahına basqın etdilər - Video

Keçmiş separatçı rejimin İrəvandakı “nümayəndəliyinə” basqın edən Ermənistan xüsusi təyinatlıları binanın qapısını sındırıblar.

Teleqraf.com xəbər verir ki, xüsusi təyinatlıların əraziyə separatçıların başçısı Samvel Şahramanyanın “xidməti avtomobil”ini müsadirə etmək üçün gəldikləri bildirilir.

Ermənistan polisi hələ iyunun 7-də Şahramanyana xidmət edən avtomobili müsadirə etmək üçün “nümayəndəliyə” basqın etmişdi.

Ermənistan hökuməti heç bir dövlət əhəmiyyətli vəzifə daşımadıqları üçün separatçılara xidməti avtomobillərdən istifadəni qadağan edib. Şahramanyan və digər separatçılar dəfələrlə buna görə polis tərəfindən saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
127
43
teleqraf.com

10Mənbələr