AZ

Ermənistanın İsraildəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Fələstin Dövlətinin Ermənistan tərəfindən tanınmasından sonra Ermənistanın İsraildəki səfiri Arman Akopyan Xarici İşlər Nazirliyinə çağırılıb.

BiG.AZ xəbər verir ki, bunu İsrail XİN sözçüsü bildirib.

"Ermənistanın Fələstin dövlətini tanımasından sonra Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirini sərt töhmət üçün çağırıb", - deyə məlumatda deyilir.

Ermənistan Xarici İşlər Nazirliyi bu gün Fələstin Dövlətinin tanınması ilə bağlı bəyanat yayıb.


BiG.Az
Seçilən
76
33
big.az

10Mənbələr