AZ

“Kəpəz” toplanış üçün ölkə xaricinə yollanmayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” mövsümlərarası hazırlıq üçün ölkə xaricinə yollanmayacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Adil Şükürovun çalışdırdığı komanda iyun ayının 22-dən yeni mövsümün (2024/2025) məşqlərə başlayacaq. Məşqlər Gəncədə keçiriləcək.

Komandanın hazırlıq planı ilə bağlı daha geniş məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib.

Xatırladaq ki, “Kəpəz” 2023/2024 mövsümündə 35 xalla 9-cu yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
arena.az

1Mənbələr