AZ

Falkaonun yeni klubu məlum oldu

Radamel Falkao “Millonarios” ilə müqavilə imzalayıb. Bu barədə Kolumbiya klubunun mətbuat xidməti xəbər verib.

Müqavilənin müddəti 2024-cü ilin sonuna qədərdir.

Falkao 13 yaşına kimi “Millonarios”un gənclər komandasında çıxış edib. 38 yaşlı forvardın son klubu “Rayo Valyekano” olub. Kolumbiyalı daha əvvəl “Qalatasaray”, “Monako”, “Çelsi”, “Mançester Yunayted”, “Atletiko” Madrid, “Porto” və “River Pleyt”də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
futbolinfo.az

1Mənbələr