AZ

"Fənərbaxça" yeni futbolçu ilə anlaşıb

"Fənərbağça" heyətinə yeni futbolçu qatıb. Sport24.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi "X" hesabı məlumat yayıb.
 
Son mövsüm "Fatih Karagümrük"də çıxış edən Levent Mercanla razılıq əldə olunub. Onunla üçillik müqavilə bağlanıb.
 
Qeyd edək ki, klub yarımmüdafiəçi Mert Hakan Yandaşın sözləşməsinin müddətini uzadıb. O, daha iki il İstanbul təmsilçisinin uğurları üçün çalışacaq.

Seçilən
56
2
sport24.az

5Mənbələr