AZ

Rusiyanın 5 şəhərinə və Krıma ZƏRBƏLƏR endirildi, PUA zavodu BOMBALANDI - CANLI

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ərazisində bir sıra mühüm hədəfləri, o cümlədən “Şahid” pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarı vurub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Gecə Ukrayna Müdafiə Qüvvələri Krasnodar diyarında yerləşən “Şahid” PUA-larının saxlanıldığı və hazırlandığı anbara, bu PUA-ların ekipajları üçün nəzərdə tutulan idarəetmə və rabitə məntəqələrinə uğurlu zərbələr endirib. Ərazidə partlayışla müşayiət olunan yanğın qeydə alınıb.

Həmçinin, Baş Qərargahın məlumatına görə, həmin gecə Afipski, İlski, Krasnodar və Həştərxan neft emalı zavodlarına da PUA hücumları təşkil olunub.

Bundan başqa, Bryansk vilayəti və müvəqqəti işğal olunmuş Krımda rus ordusunun radiolokasiya stansiyalarına və elektron kəşfiyyat mərkəzlərinə hücumlar həyata keçirilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
musavat.com

1Mənbələr