AZ

Çimərliklərdə 3-4 manata satılan sular: Qiymətlər niyə bu qədər bahadır? - Açıqlama

Çimərliklərdə 3-4 manata satılan sular: Qiymətlər niyə bu qədər bahadır? - Açıqlama

Artıq dəniz mövsümü açılıb. Vətəndaş istirahət zamanını çimərliklərdə küçirir. Amma bir çox vətəndaş dəniz kənarı restoranların qiymətlərinin çox baha olmasından şikayətçidir. Bəs çimərliklərdəki qiymətlər niyə bahadır.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, dəniz kənarı restoranlar da suyun qiyməti normal qiymətdən nəinki, 2-3 qat hətta, 10 qat bahadır:

"Dəniz kənarı restoranlar da suyun qiyməti normal qiymətdən nəinki, 2-3 qat hətta, 10 qat bahadır. Dəniz kənari restoranlarda su 3-4 manata satılır. Dənizlərdəki qiymətlərlə bağlı heç bir qanun hazırlana bilməz. Suyumuzu özümüzlə aparaq. Obyektin müəyyənləşdiyi şərtlərə əməl etmək lazımdır. Obyekt satdığı suyun qiymətini təyin edə bilər. Dənizin sahil zolağı vətəndaşlar üçün açıq olmalıdır. Obyekt sadəcə dənizin kənarında ola bilər. Heç bir obyekt vətəndaşın dənizə girişini məhdudlaşdıra bilməz. Yox əgər vətəndaş həmin obyektdə dincəlirsə, həmin şərtlərə də əməl etməli və qiymətini ödəməlidir. Pulsuz çimərliklər də kifayət qədər çoxdur. Heç bir qanun obyektlərin satdığı məhsulların qiymətlərinə təsir edə bilməz. Bu mümkün deyil. Bu obyekt sahibinin qiymət siyasətidir. Burada heç bir qanun pozuntusu yoxdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
sonxeber.az

1Mənbələr