AZ

Cəbrayılda elektrik təchizatı ilə bağlı 3,8 milyonluq tenderə - YEKUN VURULDU

“Azərişıq” ASC “Cəbrayıl şəhəri ərazisində tikintisi davam edən yaşayış kompleksinin elektrik təchizatının təmin olunması məqsədilə 35/0,4 kV-luq 4x2500 kVA gücündə transformator yarımstansiyasının tikintisi və yeni tikilmiş "Cəbrayıl Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi" ilə əlaqələndirilməsi işləri” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Şans Constructıon” MMC olub.

Qalib şirkətə 3 828 816 manat ödəniləcək.

Qeyd edək ki,  “Şans Constructıon” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səyavuş Abbasov Şahid oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri Nizami rayonu, Əlağa Kürçaylı, ev 7, m. 64 ünvanında yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
fed.az

1Mənbələr