AZ

Əziz Ələkbərli: Biz tarixi torpaqlarımıza qayıtmaqda qərarlıyıq

Əziz

Naxçıvan, 21 iyun, AZƏRTAC

Bu gün Naxçıvanın Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalı çox möhtəşəm təşkil olunub. Bu, bizim Qərbi Azərbaycana qayıdışla bağlı dünya ictimaiyyətinə mesajımızdır. Hər kəs bilməlidir ki, ata-baba yurdlarımıza qayıtmaq beynəlxalq hüquqa söykənən haqqlarımızdır və bunun alternativi yoxdur. Bu qayıdış gec-tez reallaşacaq.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.

“Builki tədbir heç şübhəsiz ki, böyük bayramıdır. Burada Qərbi Azərbaycan mahallarında olduğu kimi tarixi ənənələrimizə uyğun çadırlar qurulub. Bu, yaddaşı təzələmək üçün mühüm əhəmiyyətə malikdir. Burada Qərbi Azərbaycanla bağlı nümayiş olunan sərgilər, o cümlədən mətbəx və geyim nümunələri mədəni irsimizə sahib çıxmaqda qərarlı olduğumuzu sübut edir və bir daha göstərir ki, biz öz tarixi torpaqlarımıza qayıtmaqda qərarlıyıq və heç nəyi yaddan çıxarmamışıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, iyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi işə başlayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
azertag.az

3Mənbələr