AZ

NATO-nun bütün üzv ölkələri Alyansın yeni baş katibinin namizədliyini dəstəkləyib

 
"NATO-nun yeni baş katibi Niderlandın baş naziri Mark Rütte olacaq, onun namizədliyini Alyansın bütün üzvləri dəstəkləyib..."
 
"Rütteyə Ukraynadakı müharibə və ABŞ-ın rolunun mümkün azalması miras qalacaq..."
 
NATO-nun növbəti baş katibi Niderlandın baş naziri Mark Rütte olacaq. Onun yeganə rəqibi Rumıniya prezidenti Klaus Yohannis Alyans ölkələrini öz namizədliyini geri götürdüyü barədə məlumatlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat verib.
 
Rütte səlahiyyət müddəti oktyabr ayında başa çatan hazırkı baş katib Yens Stoltenberqi əvəzləyəcək.
 
İyunun 20-də Rüttenin namizədliyi, nəhayət, Alyansın bütün 32 üzvü tərəfindən təsdiqlənib. Hərçənd, bu, iyul ayında Vaşinqtonda NATO sammitində rəsmən təsdiqlənəcək.
 
57 yaşlı Rütte Rusiyanın Ukraynaya davam edən hərbi müdaxiləsi və Donald Trampın Ağ Evə dönəcəyi təqdirdə ABŞ-ın maliyyəsinin və rolunun azalması kimu mürəkkəb şəraitdə bu postu tutacaq.
 
Tramp dəfələrlə NATO-nun digər ölkələrinin müdafiəyə öz büdcələrinin nəzərdə tutulan 2 faizini xərcləmədiklərinə görə öz narazılığını bildirib. Hərçənd, Moskva tərəfindən Ukraynaya qarşı törədilən müharibədən sonra Avropa ölkələri öz müdafiə büdcələrini xeyli artırıb.
 
NATO-nun hazırkı baş katibi bəyan edib ki, Avropa vəziyyətə praqmatik yanaşmalı və Ağ Evdə olan istənilən şəxslə işləməlidir.
 
Rüttenin namizədliyi onun Avropa siyasətinin ən yuxarı eşelonlarında təmsil olunmasını, habelə Ukraynaya ardıcıl olaraq dəstəyini nəzərə alaraq NATO-nun əksəriyyət ölkələri, o cümlədən həlledici olan ABŞ, Böyük Britaniya, Fransa və Almaniya kimi ölkələr tərəfindən müsbət qarşılanıb.
 
Lakin əvvəlcə üç ölkə - Türkiyə, Macarıstan və Rumıniya öz etirazlarını bildirib.
 
Rütte şəxsən aprel ayında Türkiyəyə səfər etdikdən və prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar apardıqdan sonra Ankara öz iradlarından əl çəkib.
 
Macarıstanla bağlı vəziyyət daha mürəkkəb olub, çünki 2021-ci ildə Niderlandın baş naziri olan Rütte bəyan edib ki, Macarıstanda LGBT-yə qarşı diskriminasiyaedici qanunlar qəbul edildikdən sonra ona Avropa İttifaqında yer yoxdur.
 
Lakin iyunun 18-də Budapeşt Hollandiya baş nazirinin Macarıstan hökumətindən Ukraynaya hərbi yardım göstərilməsini tələb etməmək vədindən sonra etirazlarından vaz keçib.
 
Rumıniya ilə məsələ çox asan olub. Yohannes öz namizədliyini geri götürdükdən sonra o, Rumıniya Müdafiə Şurasından Rüttenin namizədliyini dəstəkləməyi xahiş edib və buna da nail olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
moderator.az

1Mənbələr