AZ

Konqresdə çağırış: Rusiyaya qarşı va-banka gedək!

ABŞ konqresmenləri Lindsi Qrehem və Riçard Blumental Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn arasında strateji tərəfdaşlıq haqqında imzalanan sazişdən sonra Rusiyanın terrorizmin dövlət himayədarı kimi tanınmasına dair qanun layihəsi təqdim ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Lindsi Qrehem bildirib ki, Rusiyanın Ukraynada və dünyanın digər ölkələrində törətdiyi cinayətlərə əlavə olaraq, Putinin Şimali Koreyaya səfəri yeni çağırışdır və indi bu qanun layihəsinin qəbulu üçün an yetişib:

“Putinin planetin ən repressiv rejimlərindən biri olan Şimali Koreya ilə müdafiə sazişi bağlamağa cəsarət göstərməsi o deməkdir ki, biz çəkindirmə qabiliyyətini itirmişik. Mən administrasiyadan xahiş edirəm ki, Putinin dünən etdiyini nəzərə alaraq, va-banka gedin və onu terrorizmə sponsorluq edən bir dövlət kimi tanıyın".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
axar.az

2Mənbələr