AZ

Şamaxı Astrofizika Rəsədxanasından turistlərə biabırçı xidmət – Şikayət

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına turlar təşkil edilir. Ancaq rəsədxananın həyətində avtobuslarla gələn turistlərin gözləməsi, əyləşməsi üçün bir yer yoxdur. Rəsədxananın giriş-çıxışı eynidir, bileti isə bir-bir yaxınlaşıb özləri sənə satırlar. Belə bir yerdə göstərilən xidmət biabırçılıqdır.

Bu barədə Tribunainfo.az-a tur şirkətlərindən biri ilə Şamaxıdakı Rəsədxanaya yollanan yerli turist Malik Məmmədov yazıb. Göstərilən xidmətdən yazan şikayətçi bildirib ki, Rəsədxananın turistlərə göstərdiyi xidmətdən və buradakı bilet sisteminin təşkilindən şoka düşüb:

“4-5 tur avtovusları yerli turistləri gətirib “tökdülər” rəsadxananın qapısına. Rəsədxanadan içəri buraxmadılar deyə yol gələn insanları istidə, günün altında bir xeyli ayaqüstə çöldə (çünki oturmağa yer yox idi) gözlətdilər, sonra qrup-qrup kiçik bir otağın içindən buraxdılar içəri, rəsədxananın həyətinə (Qeyd:Girişlə çıxış eynidir). Bundan sonra isə əvvəliki- rəsədxanadan çıxan qruplar çıxanacan yenə gözlətdilər ayaq üstə. Çünki rəsədxananın ərazisində də çölündə olduğuki kimi oturmağa yer, daldanacaq “besedka“ falan yox idi. Burada bilet-milet söhbəti konkret yoxdur. Ən azından görünən odur ki, olmadı. Bəlkə başqa vaxt olur, deyə bilmərəm.
Sadəcə 2-3 nəfər kostyumlu, özlərini oranın işçiləri kimi göstərən bir neçə şəxs əllərində qeyd kitabçası tutub bir-bir gözayarı sayı qrupların yolunu kəsib adambaşına pul nağd alıb və özündə qeyd edib sonra buraxdılar.Bu cür primtiv giriş çox acınacqlı hal idi və belə yanaşma ilə inanmıram ki, turizmi inkişaf etdirmək ola. Ən azından bura bir müasir turniket sistemi quraşdırmaq olardı. Və ya giriş -çıxışı ayrı etmək olardı ki, sıxlıq yaranmasın gələnlər əziyyət çəkməsin.

Ərazidə oturacaqlar yerləşdirmək, sivil qaydada bilet satışını təşkil etmək olardı. Burda onlayn bilet almaqdan danışmaq təbii ki, mənasızdır.
Maraqlıdır, görəsən rəsədxanada maliyyə hesabatı necə aparılır?! Belə çıxır ki, burda turistlərdən nə qədər pul yığıldı cibə gedir.
Yaxşı, yerli turistləri başa düşdük, bəs bura gələn xarici turist nə düşünər?!
Halbuki rəsədxananın yenidənqurulması üçün rəsmi olaraq 8 milyon maliyyə vəsaiti ayrılıb.
Bu qədər maliyyənin müqabilində belə nüfuzlu rəsədxanada beynəlxalq turizmi inkişaf etdirmək əvəzinə niyə turizm belə aşağı səviyyədə təşkil olunmalıdır?!
Ən azından rəsədxanadan milyon km uzaqda olan səma cisimlərini görmək olursa 10-15 metr arlıda baş verənləri də görmək olar”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar

Tribunainfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
tribunainfo.az

1Mənbələr