AZ

İrəvandakı “Artsax nümayəndəliyi”nə basqın oldu: Şahramanyan dindiriləcək

Bu gün İrəvandakı qondarma “Artsax nümayəndəliyi”nə basqın olub.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları “Artsax nümayəndəliyi”nin qapılarını sındırıblar. Onların özünü hələ də qondarma “Artsaxın prezidenti” adlandıran Samvel Şahramanyanı istintaqa aparmaq üçün gəldiyi bildirilir.

Lakin Şahramanyan xidməti avtomobilllə "nümayəndəliyin" həyətindən çıxarılıb.

Daha sonra məlum olub ki, Samvel Şahramanyan dindirilməyə dəvət olunub. Müstəntiq dindirilməyə dəvət olunduğu cinayət prosesi ilə bağlı “Hraparak”ın sualına cavab vermədi.

Xatrıladaq ki, bir neçə həftə əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları “Artsax prezidenti” Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə etməyə cəhd göstəriblər.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
modern.az

2Mənbələr