AZ

Ermənistan Konstitusiya dəyişikliyinə hazırlaşır. Sülh yaxınlaşır? – Rauf Mirqədirov saat 16:00-da Çətin sualda

Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin sonuna kimi yeni Konstitusiya layihəsinin hazırlanması barədə tapşırıq verdiyi bildirilir. Bu barədə “Azadliq” radiosunun erməni xidməti məlumat yayıb.

Qeyd olunur ki, Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı davam edən tələbi fonunda bu qərarı verib:

“Qərardan əvvəl 2022-ci ildə yaradılan Konstitusiya İslahatları Şurası konstitusiya dəyişiklikləri layihəsi hazırlayırdı. Konsepsiyanın ilkin variantı 2024-cü ilin  yanvarında hökumətə göndərilib. İndi Paşinyan yeni Konstitusiya layihəsinin hazırlanmasını tapşırıb. Qərarda “Konstitusiyaya dəyişiklikləri” əvəzinə “yeni Konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub”.

İyunun 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla görüşdə demişdi ki, sülh sazişinin imzalanmasına Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia mane olur.

İyunun 6-da Azərbaycanın dövlət başçısı İlham Əliyev də Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə Yerevanla sülh sazişinə toxunaraq demişdi ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.

Ondan bir gün sonra Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiasının olmadığını bildirmişdi.

Bəs indi sülhə maneə nə olacaq?

Siyasi şərhçi Rauf Mirqədirov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
turan.az

1Mənbələr