AZ

Tovuzda zəncirvarı qəza - Ölən var

Bakı. Trend:

Tovuzda zəncirvari qəza olub.

Trend xəbər verir ki, hadisə Tovuz şəhərinin Musa Musayevküçəsində qeydə alınıb.

İlkin məlumata görə, küçədə hərəkətdə olan minik maşınınınsürücüsünün sükan arxasında səhhəti pisləşib. Bu zaman idarəetməninitməsi nəticəsində maşın 4 avtomobilə çırpılıb.

Həmin şəxs ürək tutmasından hadisə yerində ölüb. Ölən şəxsinrayonun Aşağı Öysüzlü kənd sakini 1956-cı il təvəllüdlü CəfərovNikolay Nuru oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
7
az.trend.az

10Mənbələr