AZ

Fransa parlamentinin buraxılmasından sonra Makronun reytinqi kəskin düşdü

Parlamenti buraxmaq qərarından sonra Fransa prezidenti Emmanuel Makronun reytinqi 6 bənd düşüb.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bunu BVA Xsight-ın RTL üçün keçirdiyi sorğu sübut edir .

Sorğu göstərib ki, respondentlərin 26%-i Makron haqqında yaxşı fikirdədir ki, bu da may ayı ilə müqayisədə 6 bənd azdır. Respondentlərin 74%-i (+6 bənd) onun haqqında pis fikirdə olduqlarını bildiriblər.

RTL-in məlumatına görə, Makron heç vaxt, hətta 2023-cü ilin aprelində, pensiya islahatına qarşı etirazların qızğın vaxtında və 2018-ci ilin noyabrında "sarı jiletlilər” hərəkatının qızğın vaxtında belə qeyri-populyar olmayıb.

Parlamentin buraxılması ilə bağlı qərara gəlincə, 59% dövlət başçısının məsuliyyətli davranmadığı, 54% isə bunun siyasi vəziyyətə aydınlıq gətirməyəcəyinə və demokratik müzakirələri canlandırmayacağı (53%) fikrindədir.

Fransızların böyük əksəriyyəti Makronun ümumi seçki kampaniyasında iştirakını istəmir (70%).

Xatırladaq ki, bu ayın əvvəlində siyasi qüvvəsi Avropa Parlamenti seçkilərində məğlub olduqdan sonra Makron Milli Assambleyanı buraxıb və növbədənkənar parlament seçkiləri təyin edib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
qaynarinfo.az

1Mənbələr