AZ

Erməni xüsusi təyinatlıları separatçıların İrəvandakı nümayəndəliyinə HÜCUM ETDİ

Erməni xüsusi təyinatlıları Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin qapılarını sındırıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, bu Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə etmək üçün edilib.

Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın avtomobili keçmiş qondarma qurumun İrəvandakı nümayəndəliyinin ərazisindən təxliyə edilib.

Eyni zamanda vəkil Roman Yeritsyan jurnalistlərə bildirib ki, xidməti avtomobilin müsadirəsi ilə bağlı məhkəmə qərarı yoxdur və müvafiq olaraq, təhlükəsizlik qüvvələrinin hərəkətləri qanunsuzdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
43
musavat.com

10Mənbələr