AZ

Putinin Kim Çen Ina hədiyyəsi:"Bahalı deyil"/VİDEO

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kim Çen In üçün “Aurus” avtomobili kimi hədiyyənin praktiki əhəmiyyəti var.

“İki sahil" xəbər verir ki, bu haqda RT məlumat yayıb.

“Dövlətlərarası münasibətlər üçün, xüsusən də bilavasitə qonşumuz, sərhəd ölkəmiz olan bir ölkə üçün, xeyr, bu, bahalı hədiyyə deyil”, - deyə, Peskov bildirib.

Onun sözlərinə görə, belə hədiyyələrin praktiki əhəmiyyəti var.

“Aydındır ki, bu cür hədiyyələrin praktiki əhəmiyyəti var və əlbəttə ki, dövlət başçısının istifadəsi üçün çox zəruridir”, - deyə o əlavə edib.

KXDR-ə səfəri zamanı Rusiya tərəfi Kim Çen Ina “Arus” markalı avtomobil, admiral xəncəri və çay dəsti hədiyyə edib. KXDR rəhbəri avtomobili yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu, gözəl avtomobildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
ikisahil.az

1Mənbələr