AZ

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” dəyişib

Bakı. Trend:

Prezident İlham Əliyev 7 dekabr 1999-cu il tarixli qanunlatəsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”dədəyişiklik edilməsi barədə qanunun təsdiqləyib.

Trend xəbər verir ki,yenilənmiş qanuna əsasən, gömrük orqanlarının vəzifəli şəxslərininvə onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakınındaşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icrahakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gömrük işiniaparan icra hakimiyyəti orqanının hesabına köçürülən GömrükMəcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən(Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmişcinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqındaişlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinəkeçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldəedilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci (gömrükyığımları) və 224.1.6-cı maddələrində (haqq) nəzərdə tutulan gömrüködənişləri) ödəniləcək. Gömrük orqanlarında qulluq yerinindəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdənkirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəlişəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılıolaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vəməbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

İndiyə qədər gömrük orqanının vəzifəli şəxsinin və onunailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması gömrükişini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuşqaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsaithesabına həyata keçirilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
32
az.trend.az

10Mənbələr