AZ

“Bu, bir növ qisas şansıdı” - Rövlan Muradov “Fenervar”la bağlı

Bilindiyi kimi, “Sumqayıt”Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la qarşılaşacaq.Macarıstan təmsilçisi ölkəmiz üçün yad rəqib deyil. Belə ki, 2 il əvvəl “Qəbələ” ilə eyni turnirdə, eyni mərhələdə oynayıb.

Bəs “Sumqayıt” rəqibə "dişini göstərə" biləcəkmi?

Vaxtilə “Qəbələ”nin heyətində macarlara qarşı oynayan Rövlan Muradovun fikirlərini öyrəndik:

“Səhər potensial rəqiblərin siyahısını görəndə ürəyimdən məhz “Fehervar” keçdi. Onlarla düşməyi çox istəyirdim. Amma tanıdığım heyətdən cəmi iki-üç futbolçu qalıb. Düzdü, rəqib mənə tanışdı. Həmin vaxt səfərdə uduzduq, Qəbələdə isə qalib gəldik. Lakin ümumi nəticədə rəqib mərhələ adladı. Mənim üçün həmin görüşlər uğurlu alınmışdı. Həm qol vurmuşdum, həm də məhsuldar ötürmə vermişdim. Yenidən onlarla qarşılaşmağı çox istəyirdim. Bu, bir növ qisas şansıdı. Düşünürəm ki, çətin rəqibdi. Bu komandaya qarşı ciddi hazırlaşacağıq. Məşqçilərimizin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışacağıq ki, yaxşı nəticə əldə edək. Baxıb, özüm də təhlil etmişəm. Fikrimcə, çətin, həm də maraqlı oyun olacaq”.

Qeyd edək ki, 2-ci mərhələnin oyunları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
football-plus.az

1Mənbələr