AZ

Instagram yeni canlı yayım funksiyasını işə salıb!

     Əvvəllər Instagram-da canlı yayımlar açarkən bu canlı yayımı, əgər hesabınız gizli şəkildə deyildisə, hər kəs və ya gizlidə idisə, yalnız sizi izləyən istifadəçilər izləyə bilərdi. Yeni xüsusiyyət sayəsində isə artıq istifadəçilər, canlı yayımlarının yalnız "Yaxın dostlar" siyahısında olan şəxslər tərəfindən izlənə bilməsini seçim edə biləcək. Bundan başqa, "Yaxın dostlar" siyahısından maksimum 3 istifadəçi sizin canlı yayımınıza qoşula biləcək.     Instagram, birbaşa mesajlaşma kimi xüsusiyyətlərə əhəmiyyətli dərəcədə diqqət edərək, istifadəçinin platformadan daha çox özəl rejimlərdə istifadə etməsinə imkan yaradır. Buna nümunə olaraq, artıq ötən noyabr ayında istifadəçilər öz şəkil və vidoelarını tam izləyici siyahısından fərqli olaraq yalnız "Yaxın dostlar"a görünən etmək imkanına malik idilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
technote.az

1Mənbələr