AZ

Özbəkistan MDB-nin birinci forumunu keçirməyi planlaşdırır

Özbəkistan Müstəqil Dövlətlər Birliyi (MDB ) regionlarının birinci forumunun bu ilin sentyabrında keçirilməsini təklif edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko MDB İqtisadi Şurasının iclasının yekunları üzrə jurnalistlərə bildirib.

O hesab edir ki, Belarus və Rusiyanın təcrübəsindən Birlik çərçivəsində regionlararası forumun hazırlanması və keçirilməsində istifadə etmək olar:

"Biz Özbəkistan tərəfinin təşəbbüsü ilə MDB regionlarının birinci forumunun birgə hazırlanması məsələsini müzakirə etdik. Forumun sentyabrda keçirilməsi planlaşdırılır. Biz bu tədbirin hazırlanması üçün müvafiq təkliflər, memarlıq və logistika gözləyirik".

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
iqtisadiyyat.az

1Mənbələr