AZ

ABŞ “Kaspersky” proqramının satışını qadağan etdi

Müəllif:Ayşən İmanova/Banco.az

Prezident Co Baydenin administrasiyası milli təhlükəsizliyə təhdid olduğu ehtimalına görə ABŞ-da “Kaspersky Lab” antivirus proqramının satışını qadağan edib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, “Kaspersky Lab” iyulun 20-dən sonra ABŞ-da yeni müqavilələr bağlaya bilməyəcək, mövcud müştərilər isə sentyabrın 29-dək proqram təminatından istifadə edə biləcəklər.

ABŞ-ın ticarət naziri Gina Reymondo bildirib ki, Rusiya amerikalıların şəxsi məlumatlarını toplamaq və “silahlaşdırmaq” üçün “Kaspersky Lab” kimi Rusiya şirkətlərindən istifadə etmək qabiliyyətinə və niyyətinə malik olduğunu nümayiş etdirib.

Onun sözlərinə görə, “Kaspersky”proqram təminatının kompüter sistemlərinə daxil olması məxfi məlumatların oğurlanmasına və ya zərərli proqram təminatının quraşdırılmasına səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
banco.az

1Mənbələr