AZ

"Qələbə qazanmağa, pley-offa yüksəlməyə çalışacağıq" -Didye Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Niderlanda qarşı bu gün keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb: 

"Birinci oyunda qalib gələrək ilk tapşırığı yerinə yetirdik. İndi ikinci oyunda qələbə qazanmağa, pley-offa yüksəlməyə çalışacağıq. Bir məşqçi kimi mümkün olan hər şeyi etməliyəm ki, yaxşı və təhlükəli oynayaq”.

Qeyd edək ki, Niderland - Fransa qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
3
fanat.az

4Mənbələr