Hücumçu Memfis Depay bu yay “Atletiko Madrid”dən ayrılaraq azad agent olacaq.

Offsideplus.az xəbər verir ki, "Fiorentina" və "Milan" futbolçunu izləyir. Rossonerilər Olivier Jirunu əvəz etməyə çalışırlar. “Bənövşələr” də Depayı hücum xəttinə təkan kimi görürlər, lakin onun yüksək maaşı klubun qarşısını ala bilər.