AZ

Yeniyetmə gimnast: Böyüklər arasında ilk yarışım uğurlu alındı

Yeniyetmə

Neftçala, 21 iyun, AZƏRTAC

"Həyəcanlı və maraqlı yarış alındı".

AZƏRTAC xəbər verir ki, bu sözləri Neftçalada keçirilən aerobika gimnastikası üzrə VIII ölkə çempionatında böyüklər arasında birinci yeri tutan Dilarə Qurbanova jurnalistlərə açıqlamasında deyib.

Bu yaş kateqoriyasında ilk dəfə mübarizə apardığını xatırladan gimnast yarışın özü üçün uğurlu alındığını bildirib: "Bu, cari ildə aerobika gimnastikası üzrə ilk ölkə çempionatıdır. Düşünürəm ki, yarış çox yaxşı keçdi. Qarşıda bizi bir sıra turnirlər və dünya çempionatı kimi nüfuzlu yarış gözləyir. Əlimdən gələni edəcəyəm ki, orada ölkəmi layiqincə təmsil edim".

Qeyd edək ki, aerobika gimnastikası üzrə Azərbaycan çempionatının keçirilməsində məqsəd gələcək ulduzların yetişməsinə və yeni istedadların üzə çıxmasına imkan yaratmaqdır. Azərbaycan Gimnastika Federasiyası bu cür yarışlarla idmançıların peşəkarlığının artırılmasına və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək gimnastların yetişdirilməsinə dəstək olur.

Yarışa bu gün yekun vurulacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
azertag.az

1Mənbələr