AZ

Moskvada MDB İqtisadi Şurasının 102-ci iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 102-ci iclası keçirilib.

APA-nın Moskva müxbiri xəbər ki, verir ki, iclasda ölkəmizi Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilib.

Hökumət sədrlərinin müavinləri əvvəlcə məhdud, daha sonra isə geniş tərkibdə iclas keçiriblər.

Nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə ediblər.

İclasın gündəliyinə 14 məsələ daxil edilib.

MDB İqtisadi Şurasının 103-cü iclasının sentyabrın 20-də keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Ermənistan tərəfi bu dəfə də MDB tədbirinə yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib. MDB İqtisadi Şurasının 102-ci iclasında rəsmi İrəvanı Belarusdakı səfir Razmik Xumaryan təmsil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
apa.az

2Mənbələr