AZ

Güclü külək bu rayonlarda da ciddi fəsadlar TÖRƏTDİ 

Ötən gün axşam saatlarından başlayaraq bölgədə əsən güclü şimal-qərb küləyi ciddi fəsadlar törədib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, fəsadlar Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonları ərazisində qeydə alınıb. 

Belə ki, rayonun mərkəzi küçələri və kəndlərində iri gövdəli ağaclar qoparaq evlərə, inzibati binalara və elektirik və digər kommunikasiya xətlərinə ziyan vurub.

Bəzi yerlərdə evlərin və inzibati binaların dam örtüklərinə ziyan dəyib. Hazırkı saatlara qədər sözügedən ərazilərdə işıq, qaz və internetin verlişində fasilələr yaranıb. Yerli icra hakimiyyəti orqanlarındakı komissiya ümumi dəymiş ziyanı araşdırır və aradan qaldırılması üçün müvafiq tədbirlər görür. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
35
bizim.media

10Mənbələr