AZ

Yunanıstanın geri qaytardığı miqrantları sahil mühafizəsi xilas etdi

Yunanıstanın sahil mühafizəçiləri tərəfindən Muğla sahillərinə sıxışdırılan 24-ü uşaq olmaqla 70 immiqrant Türkiyə sahil mühafizəsi tərəfindən xilas edilib.

Musavat.com xarici mediaya istinadan xəbər verir ki, immiqrantlar saatlarla günəşin altında xilasedici sallarda susuz, yeməksiz həyatda qalmaq üçün mübarizə aparıblar.

Məlum olub ki, Yunanıstanın sahil mühafizəçiləri bir qrup nizamsız immiqrantı Marmaris rayonu sahillərində xilasedici sallara yerləşdirərək Türkiyə ərazi sularına buraxdıqdan sonra mühacirlər Egey dənizində açıq dənizdə Allah ümidinə üzüblər.

Türkiyənin sahil mühafizə gəmiləri ölkənin ərazi sularına daxil olan iki xilasedici salda olan uşaqları və yetkin şəxsləri xilas edərək Marmaris limanına gətirib.

Başqa bir hadisədə isə Yunanıstan sahil mühafizəsi tərəfindən Bodrum sahillərində istiqamətləndirdiyi xilasedici sallarda 33 qeyri-qanuni mühacir xilas edilib.

Saatlarla günəş altında ac və susuz qalmış miqrantların sağlamlıqları yoxlanılıb. 70 mühacir İmmiqrasiya idarəsinə təslim edilib.

Musavat.com

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
musavat.com

1Mənbələr