AZ

Cəbrayılda yük maşını minaya düşüb

Yayımlandı: 21 İyun 2024 13:29 Sürücü müxtəlif dərəcəli xəsarətlər alıb Cəbrayılda yük maşını minaya düşüb. Hadisə iyunun 20-də axşam saatlarında rayonun Horovlu kəndi ərazisində baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Goranboy rayon sakini, kənd təsərrüfatı sahəsində çalışan 33 yaşlı Raqib Nuriyevin idarə etdiyi “Man” yük avtomobili tank əleyhinə minaya düşüb. Vurğulanır ki, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib. Sürücü hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət alıb. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
xural.com

1Mənbələr