AZ

50 dərəcəyə çatan  istiyə çözüm: Dağlardan gətirib qar satırlar


Adanada vətəndaşlar rütubətlə birlikdə 50 dərəcəyə çatan  istidə Toros dağlarından gətirilən qarla özlərini sərinləşdirir. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, istidən boğulan vətəndaşlar sərinləmək üçün müxtəlif üsullar aramağa çalışırlar. Atası ilə “qarçı” işləyən Abdullah Polat yay aylarında Toros dağlarının hündür hissələrinə yağan qarı maşınlarla şəhərin mərkəzinə çatdıraraq satır.

Bir torbanın qiyməti 40-50 TL arasında olan qara vətəndaşlar böyük maraq göstərir. Qar alanlar isti yay aylarında qarın əvəzolunmaz olduğunu bildirirlər.


 
Atasının 15 ilə yaxındır ki, yay aylarında “qarçı” işlədiyini bildirən Abdullah Polat deyib: "Xüsusən şəhər xaricindən gələnlər maraqlanır. Satışlarımız yaxşıdır, şükür. Təxminən 15 ilə yaxındır ki atam bu işlə məşğuldur. İndi o olmadığı üçün bu işə mən baxıram. Yayda 2 ay bu işi görürük. Adamları sərinlətmək üçün qəliblərdə satırıq. Bir torbası 40-50 TL arasındadır. İnsanlar nə qədər istəyir veririk. Görəndə təəccüblənirlər. Onu necə saxladığımızı soruşurlar.  
Adana istilərinə çözüm taparaq dağlardan qar endiririk. Gözəl bir iş, sevərək edirik. Bu peşə hardasa atadan oğula doğru irəliləyir”.


 

Adananın istisində sərinləmək üçün qarı olmazsa olmaz kimi qələmə verən müştərilərdən Murat Abak: "Bunu yemədən dincəlmək olmaz. Adananın vazkeçilməz məhsulu, demək olar ki, balı deyə bilərəm. Qarsız burda həyat yoxdur”.

Digər müştəri Ercan Temel isə "Qar adamı bir az da olsa sərinləşdirir. Eyni zamanda istidə qarı tez-tez  yemək olmaz. Sürətli yeyəndə təzyiqimiz aşağı düşür, beynimiz donur. Yavaş-yavaş yeyincə dadı gələr. Yeməyin üstündən xüsusilə ləzzət edir. Bura gələnda qardaşlarımızdan qar alırıq. Əladır”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
sherg.az

1Mənbələr