AZ

Rusiya-Azərbaycan münasibətləri müsbət dinamika nümayiş etdirir - Elşad İskəndərov

Bakı. Trend:

Rusiya-Azərbaycan münasibətləri müsbət dinamika vəproqnozlaşdırıla bilən inkişaf nümayiş etdirir.

Trend xəbər verirki, bunu bu gün Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrəsəfiri Elşad İsgəndərov Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının5-ci iclasında çıxışında deyib.

O qeyd edib ki, hər iki dövlətin birgə regional səyləriniistiqamətləndirən vektorlardan biri regional siyasi və iqtisadiəməkdaşlığın təmin edilməsinə və kənardan dağıdıcı müdaxiləcəhdlərinin məhdudlaşdırılmasına ümumi yanaşmalardır.

"Həm Azərbaycanın, həm də Rusiya Federasiyasının qəbul edilənqərarlarının suverenliyi lehinə aydın seçimi var", - İsgəndərovvurğulayıb.

Onun sözlərinə görə, Bakı tədbirinin keçirilməsiRusiya-Azərbaycan münasibətlərinin yaxınlaşdırılması iradəsininnecə reallaşdığına bir nümunədir.

"Üç il əvvəl ekspert şurasının yaradılması ideyası ilk dəfəqaldırılanda biz bu təşəbbüsün əməli nəticələrinin olacağına əminidik. Sevindirici haldır ki, qısa müddət ərzində ekspertlərimizingörüşdüyü platforma artıq beşinci iclasını keçirir", - diplomatəlavə edib.

(Tərcümə: Gülnarə Kərimova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
az.trend.az

1Mənbələr