AZ

Ərdoğan 3 vacib görüşə hazırlaşır - Putin, Əliyev və Baydenlə grüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ayın əvvəlində ard-arda bir sıra vacib görüşlər keçirəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, Türkiyə lideri iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Qeyd olunur ki, Ərdoğan təşkilata üzv ölkələrlə aparılacaq məsləhətləşmələrlə yanaşı, Rusiya Prezidenti Vladimir Putinlə də ikitərəfli görüş keçirəcək. Ərdoğan-Putin görüşündə ikitərəfli və regional məsələlərin müzakirə ediləcəyi gözlənilsə də, İsrailin Qəzzaya hücumları və Ukrayna ilə davam edən müharibə liderlərin gündəminin ən mühüm mövzuları olacaq.

Ərdoğan daha sonra iyulun 5-6-da Azərbaycana səfər edəcək, ölkə başçısı İlham Əliyevlə görüşəcək və Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək. Ardınca 9-11 iyul tarixlərində ABŞ-yə səfər edəcək Ərdoğanın NATO liderlərinin sammitinə qatılacağı və Prezident Co Bayden başda olmaqla NATO liderləri ilə görüşəcəyi gözlənilir.

Türkiyə lideri ABŞ-dən qayıtdıqdan sonra bu dəfə Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə bağlı Şimali Kipr Türk Cümhurriyətinə səfər edəcək. Qeyd olunur ki, iyulun 20-də keçiriləcək hərbi paradı izləyəcəyi və məclisdə çıxış edəcəyi gözlənilən Ərdoğan, bu tədbirə CHP sədri Özgür Özəli də dəvət edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
azpolitika.info

1Mənbələr