AZ

Azərbaycan Dəmiryol Muzeyində media nümayəndələri üçün maarifləndirici təlim keçirildi – FOTOLAR

 

Azərbaycan Dəmiryol Muzeyində jurnalistlər üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Şurası ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı təşkil etdiyi araşdırma müsabiqəsinə hazırlıq çərçivəsində maarifləndirici təlim keçirilib.

Yenicag.az xəbər verir ki, təlimdə ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbərin Sənubər Nəzərova, Azərbaycan Respublikası təhsil nazirinin müşaviri Nicat Məmmədli, “Sustainera Sollutions”şirkətinin təsisçisi İlkin Hacıyev, ADY-nin Sərnişin Daşımaları departamentinin rəhbəri Azər Fərəcov, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva iştirak ediblər.

Tədbirdə jurnalistlərə araşdırma yazısı haqqında maarifləndirici məlumat verilib.

Təlim media nümayəndələrinin suallarına cavablarla yekunlaşıb.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
yenicag.az

1Mənbələr