AZ

Avropa İttifaqında liderlik uğrunda qızğın mübarizə gedir – TƏFƏRRÜAT

İyunun 9-da başa çatan Avropa Parmalenti seçkilərindən sonra gündəmdə növbəti 5 il ərzində Avropa İttifaqını (Aİ) idarə edəcək adların müəyyənləşdirilməsi prosesi diqqət mərkəzində olub.

KONKRET.az xəbər verir ki, adların iyunun 27-28-də Brüsseldə keçiriləcək Aİ sammitində müəyyənləşəcəyi gözlənilir.

Hazırda siyasi kluarlarda Avropa İttifaqı administrasiyasının icra orqanı olan Komissiyanın sədrinin kim olacağı müzakirə edilir.

27 ölkə liderindən 15-nin səsi ilə irəli sürülən namizəd Avropa Parlamenti Baş Assambleyasında keçirilən səsvermədə 720 deputatdan 361-nin səsini alarsa, vəzifəsinin icrasına başlaya bilər.

Seçkilərin nəticələri elan edildikdən sonra ilk proqnozlar daha asan əldə edilə bilən aydın mənzərəni göstərib. Fon der Leyenlə eyni siyasi qrupa daxil olan 13 Aİ liderinin zəmanətli dəstəyi ilə yanaşı, o, Almaniya kansleri, Sosialistlər və Demokratlar (S&D) üzvü Olaf Şolç və Fransa prezidenti Emmanuel Makronun dəstəyini də alıb.

2019-cu ildə olduğu kimi seçkiləri birinci başa vuran Xristian Demokratik Avropa Xalq Partiyasının (EPP) namizədi Ursula fon der Leyen ikinci yeri qoruyub saxlayan S&D və Liberallar (Avropanı Yenidən Yenilə) ilə ittifaqa girəcək.

Riskli vəziyyətə hazırlaşmaq üçün fon der Leyen seçkidən əvvəl də millətçi, anti-AB və ifrat sağçı partiyalardan ibarət Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu (ECR) ilə ittifaqa yaşıl işıq yandırıb. O cümlədən İtaliyanın baş naziri Giorgi Meloni ilə də yaxın ilişkilər quracağı gözlənilir.

Keçən həftə İtaliyada keçirilən G7 sammitində seçkilərdən sonra ilk dəfə görüşən Makron və Şolç fon der Leyenə jest edib və onunla görüşünü pozitiv adlandırıb.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
konkret.az

1Mənbələr