AZ

Hacı Atif İsmayılov: Dini ayinlərin icrası, insanların yetkinlik yaşına çatdıqdan sonra qüvvəyə minir

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölənlərin sayı mini keçib. Məlumata görə, faciəyə səbəb temperaturun 50 dərəcədən yuxarı qalxması olub. Ölənlər arasında Misir, İordaniya və digər ölkələrin vətəndaşları da var. Qeyd edək ki, günün əvvəlində ziyarət zamanı ölən müsəlmanların sayı 900 idi.  Bəs həddi buluğa çatmamış 4-5 yaşlı uşaqların Məkkəyə aparılması düzgündürmü?           

İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a bildirib ki, şəriətə görə bu savab əməl sayılır:

“Savab əməldə də valideynlərin mühüm rolu var. Əgər valideynlər özləri ilə övladlarını aparmaq istəyirlərsə, buna da şəriət baxımından qadağa yoxdur. Sadəcə dini ayinlərin icrası, yetkinlik yaşına çatdıqdan sonra qüvvəyə minir. Bu isə həmin şəxslərin imkanından asılıdır. Yəni müsəlmanların ziyarətə getməsi şəriətə görə yetkinlik yaşından sonra vacib sayılır. Yetkinlik yaşından öncə getmələri isə vacib deyil. Ümumiyyətlə valideynlər uşaqlarını özləri ilə həccə aparsa, savab əməl qazanmış hesab edilir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
sherg.az

1Mənbələr