AZ

Uşaqlar arasında xəstəliklər niyə artır?

Son zamanlar azyaşlı uşaqlar arasında kəskin virus infeksiyaları çox müşahidə olunur. Bu xəstəliklərdən qızılca, kəskin bağırsaq infeksiyaları, göy öskürək,  para qrip kimi xəstəlikləri  qeyd etmək olar. Yuxarıda sadalanan xəstəliklər xüsusilə hava damcısı yolu ilə yoluxur.

Həkim - terapevt  Samirə Kazımova "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, bu xəstəliklərin müxtəlif yayılma növləri var: "İlk növbədə valideynlər azyaşlı uşaqlarının sxem üzrə peyvənd olunmasına xüsusi diqqət yetirməlidirlər. Xüsusən qızılca, göy öskürək kimi xəstəliklərdən daha çox diqqətli olmalıdır. Sübut olunub ki, peyvənd olunan uşaqlar peyvənd olunmayanlara nisbətən xəstəliyi daha yüngül keçirir və ölüm halları olmur. Bundan əlavə uşaqların düzgün qidalanması, xüsusilə ana südü ilə qidalanması, açıq havada çox vaxt keçirilməsi vacibdir. Yəni uşaqların immun sistemi nə qədər möhkəm olarsa, onlar xəstəliyi bir o qədər yüngül formada keçirırlər".

Həkim-terapevt bildirir ki, bu xəstəliklərin müasir yeni müalicə metodikası yoxdur. Onun sözlərinə görə, yoluxma zamanı uşaqların bol maye qəbul etməsi, sistematik müalicə olunması vacibdir: "Eyni zamanda valideynlər belə uşaqları müvəqqəti olaraq təcrid olunmasına diqqət yetirməlidirlər".

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
yeniazerbaycan.com

1Mənbələr