AZ

Azərbaycanın əksər ərazisində bir gün əvvəl başlayan leysan və güclü külək şənbə günü, iyunun 22-də də davam edəcək, bu barədə Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Tərtər, Bərdə, Ağdam, Ağdərə, Göyçay, Yevlax, Zərdab, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan, Göygöl, Mingəçevir və Qobustanda gücü saniyədə 30 metrə çatan külək müşahidə olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 28-32 dərəcə təşkil edəcək. Aran rayonlarında 30-43, dağlarda 18-23 dərəcə isti olacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
turan.az

1Mənbələr