AZ

Dünya şöhrətli aktyor öldü

“Aclıq oyunları” və “İndi baxma” kimi filmlərin ulduzu Donald Sazerlend 88 yaşında vəfat edib. Məşhur aktyorun ölüm xəbərini oğlu açıqlayıb.

KONKRET.az xəbər verir ki, 50 ildən çox karyerasında 200-dən çox filmdə rol alan kanadalı aktyor Donald Sazerlend bir müddət yaşla bağlı xəstəliklərdən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Donald Sazerlend (17 iyul 1935 – 20 iyun 2024) mühəndislik və dramaturgiya üzrə ali təhsil alıb. O, ölkəsinin ən məhsuldar, çox yönlü və hörmətli oyunçularından biri olub. Bir çox tənqidçilərin yaddaşında o, Oskar mükafatına namizəd olmayan ən yaxşı aktyorlardan biri kimi qalıb.

Sazerlend “Cəbhədə əyləncə” (1970), “Dəli döyüşçülər” (1970), “Fahişə” (1971), “Qaranlığın kölgəsi” (1973), “1900” (1976) və “Adi insanlar” (1980) kimi dövrün uğurlu filmləri ilə şöhrət qazanıb.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
konkret.az

1Mənbələr