AZ

Lənkəranda avromobil məhəccərə çırpılıb, xəsarət alanlar var

Lənkəranda avtomobil məhəccərə çırpılıb, 3 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, hadisə Ələt-Astara magistralının 169-cu km-də baş verib.

Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi "Hundai" markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
5
ikisahil.az

4Mənbələr