AZ

“Sabah” “Makkabi”dən az qala üç dəfə ucuzdu

2024/25 mövsümündə avrokuboklarda iştirak edəcək klublarımızın rəqibləri bəllidi. Əlbəttə, “Qarabağ” Çempionlar Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsində qoşulacağından hələ ki rəqibi tam dəqiqləşməyib.

“Football-plus.az” sizi həm rəqiblərin, həm də təmsilçilərimizin qiymətləri ilə tanış edir:

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
“Qarabağ” (16,55*) – “Linkoln Red İmps” (Cəbəllüttariq) (1,94)/“Hamrun” (Malta) (4,18)

Avropa Liqası, 1-ci təsnifat mərhələsi
“Zirə” (10,35) – “Şerif” (Moldova) (10,50)

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi
“Sabah” (10,40) – “Makkabi” Hf (İsrail) (27,21)
“Sumqayıt” (9,03) – “Fehervar” (Macarıstan) (12,93)

* qiymət milyon avro ilə göstərilib.

Qeyd edək ki, klubların dəyərini göstərən rəqəmləri məşhur statistika portalı “Transfermarkt”dan götürmüşük. “Qarabağ” aşkar favoritdisə, “Zirə” və “Sumqayıt” üçün ümid bəsləməyə dəyər. “Sabah”ın isə çətin sınaq qarşısında olduğunu deyə bilərik. “Makkabi” “tələbələr”lə müqayisədə az qala üç dəfə artıq dəyərə malikdi.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
football-plus.az

1Mənbələr