AZ

Avtomobil yollarında yaranmış problem aradan qaldırılıb - VİDEO

Ötən gün axşam saatlarında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Samux və Goranboy rayonları, həmçinin Gəncə və Mingəçevir şəhərləri ərazisində müşahidə olunan güclü külək ağacların bir-neçə avtomobil yolunun hərəkət hissəsinə aşmasına səbəb olmuşdur.
  Manset.az xəbər verir ki, bununla yanaşı, külək nəticəsində quraşdırılmış yol nişanları və məlumatverici lövhələrin aşması ilə yol təsərrüfatına ciddi ziyan dəyib. Güclü külək səbəbindən avtomobil yollarında yaranmış problemlə bağlı məlumat daxil olan kimi  dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözügedən rayonlar üzrə Məhdud Məsuliyyətli Cəmiyyətlərinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub. Hadisə baş verdiyi andan etibarən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
9
manset.az

10Mənbələr