AZ

Azərbaycanın 2 əsgərin qalıqlarını Ermənistana verdiyi bildirilir

Yayımlandı: 21 İyun 2024 12:44 Məlumatı Ermənistan tərəfi yayıb İyunun 21-də Azərbaycanın 2022-ci ilin sentyabrında həlak olan iki əsgərin qalıqlarını Ermənistana təhvil verdiyi bildirilir. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. Azərbaycanın rəsmi orqanları bu barədə məlumat yaymayıb. 2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkilərə məruz qalıb. Azərbaycan Müdafiə Nazirliyi 80 hərbçinin həyatını itirdiyini, 282 nəfərinin isə yaralandığı barədə məlumat yaymışdı. Ermənistan Müdafiə Nazirliyi isə 224 hərbçinin öldüyünü deyirdi. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
xural.com

1Mənbələr