AZ

Cəmiyyətdəki aqressiya, kin nədən doğur? - Sosioloq Rüfət İsmayılzadə açıqlayır

Aqressiya, qəzəb, kin ... Son zamanlar cəmiyyətdə ən çox müşahidə olunan bu hallarla tez-tez rastlaşırıq. İstər yolda, istər işdə, istərsə də ictimai yerlərdə insanlar arasında bir-birinə qarşı hörmətsizlik, aqressiv davranışlar heç də xoşagələn deyil. Hətta ailədaxili münaqişələrin kökündə belə bu kimi hallar durur. Görəsən insanların bir-birinə münasibəti nə vaxt dəyişəcək? Bu kimi halların kökündə nə dayanır?

“Qafqazinfo”xəbər verir ki, sosioloq Rüfət İsmayılzadə məsələyə münasibət bildirib.

“Bu mövzu çox aktualdır. Hətta deyərdim ki, artıq illərdir formalaşan bir haldır. Cəmiyyətdə qəribə bir tendensiya formalaşıb: kiminsə uğuru kimisə qıcıqlandırır. Ən pis məqam da odur ki, kimsə öz uğursuzluğunda, şanssızlığında hansısa uğur və müvəffəqiyyət qazanmış insanı günahlandırır, bütün neqativ enerjisini ona yönəldir.

Bu, hər yerdə özünü göstərir. Və deyim ki, bəlli aqressiyanın kökündə sosial ayrı-seçkilik də durur. Cəmiyyət günü-gündən müasirləşir. Bu da cəmiyyətin həm də mürəkkəbləşməsi deməkdir. Belə olan halda, bir çox hadisələr qaçılmazdır, hətta cinayət tərkibli hadisələr belə... Bəs bunun qarşısını necə almalı? Əlbəttə ki, elmi mərkəzlər yaradılmalı, geniş sosial iş şəbəkəsi qurulmalıdır. Bu sahədə güclü mütəxəssislər yetişdirilməlidir. İnsanların sosial problemləri həll olunduğu halda onlar arasında aqressiya da, qəzəb də azalacaq”, - sosioloq qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
qafqazinfo.az

1Mənbələr