AZ

Gəncənin bitməyən YOL PROBLEMİ – FOTOLAR

Gəncə şəhəri 4-cü mikrorayon 13-cü binanın sakinləri yol problemindən əziyyət çəkirlər.

Mövcud vəziyyətlə əlaqədar Medianews.az-a şikayət ünvanlayan bina sakini İlham Kərimov bildirib ki, ərazidəki yol üç il əvvələ qədər yaxşı olub.

Sakinin sözlərinə görə, sonradan su xətti çəkilişi zamanı yolda qazıntı işləri aparılıb, asfalt örtük dağıdılıb: “Yollarımız əvvəl asfalt idi. Binanın qarşısında səliqə-sahman var idi. Amma üç il əvvəl su sistemlərinin yenilənməsi zamanı gəlib yolları qazdılar, bərbad vəziyyətə saldılar. Bizə demişdilər ki, yollar yenidən asfaltlanacaq, lakin üç ildir hər hansı təmir işi aparılmır”.

Sakinlərin sözlərinə görə, dağılmış yollar həm piyadalara, həm də avtomobili olanlara çətinlik yaradır: “Kələ-kötür, çala-çökək yolda sərbəst hərəkət etmək olmur. Qonşulardan uşaqlar, qocalar yıxılıb əziliblər. Ötən dəfə bir qonşu yıxılıb qolu sınmışdı. Həmçinin uşaqlar da velosiped sürə bilmirlər. Yolların hazırkı vəziyyəti sakinlərin gediş-gəlişini və nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır. Elə ki, yağış yağdı, palçıq əlindən hərəkət etmək lap çətinləşir”.

Bina sakini İ.Kərimov ərazidəki vəziyyətlə bağlı redaksiyamıza fotolar da yollayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
medianews.az

1Mənbələr