AZ

"Erməni kilsəsi ordunu siyasi münaqişəyə çəkmək və baş nazir Nikol Paşinyana qarşı qaldırmaq istəyir"

Bir neçə gün əvvəl Ermənistan atəşkəsi pozub. Belə ki, Ermənistan tərəfindən Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub. Görünən odur ki, hansısa qüvvələr yenidən iki ölkə arasında gərginliyin yaranmasında maraqlıdır. Atəşkəs niyə pozuldu? Sülhdən danışdığımız bugünlərdə Ermənistan iqtidarının sülh arzusu kimlərin hansı maraqlarına qurban gedir? Bu qarşıdurma kimlərin işinə yarayır? Məqsəd nədir? Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən həftə Ermənistan tərəfdən atəşkəs Naxçıvan istiqamətində pozulub. Rəsmi İrəvan bununla bağlı ağlabatan bir açıqlama verməsə də, erməni baş naziri bu cür halları araşdırmaq üçün birgə qruplar yaratmağı və belə halları birlikdə araşdırmağı təklif etdi. Müşfiq Cəfərov “Nikol Paşinyan özü dəfələrlə qeyd edib ki, onun ordusunda “beşinci kolon” var. Əlbəttə, bu cür izahatlar məntiqli görünür, xüsusən də indiki halda. Çünki iki aydır ki, kilsə Nikol Paşinyana qarşı etirazlar təşkil edir. Erməni kilsəsi ordunu da siyasi münaqişəyə çəkmək, Nikol Paşinyana qarşı qaldırmaq istəyir. Odur ki, indiki vaxtda orduda kiminsə rəhbərliyin göstərişi olmadan təxribat törətməsi təəccüblü görünməməlidir. Amma erməni baş nazirin səmimiyyətinə elə də inanmaq olmur. Baş nazir istəsə, bu cür halları özü araşdıra və pozuculuqla məşğul olanları özü cəzalandıra bilər. Ona görə ki, bu cür proseslərin gizlin baş verdiyinə inanmaq absurddur”-deyən deputat əlavə edib ki, digər tərəfdən də hansısa qüvvələrin yenidən iki ölkə arasında gərginliyin yaşanmasına və silahlı insidentin baş verməsində maraqlı olduğunu da bilirik. Müşfiq Cəfərovun fikrincə, Ermənistanın daxilində gərginlik pik nöqtəyə çatdığı bir zamanda Azərbaycanla münasibətlərin pozulması da bu qüvvələrə sərf edəcəkdir. “Nikol Paşinyanın orduya tam nəzarət edə bilməməsi aydın görünən mənzərədir. Bütün sadaladığım səbəblər erməni baş nazirinin müharibə bitəndən ən qısa zamanda sülhə iradə göstərməməsindən irəli gəlir. Paşinyan zamanı düzgün dəyərləndirə bilmədi. Buna görə də bütün proseslər əleyhinə çevrildi”-deyə deputat əlavə edib. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
bizimyol.info

1Mənbələr