AZ

Rusiya və Misir Qəzzada atəşkəsin vacibliyini vurğulayıblar - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Misirin Moskvadakı səfiri Nazih əl-Nagari İsrail-Fələstin münaqişəsini müzakirə edərək, ilk növbədə Qəzza zolağında atəşkəsin vacibliyini vurğuladılar. 

"Hər iki tərəf ilk növbədə Qəzza zolağında, eyni zamanda İordan çayının qərb sahilində və Livan sərhədi boyunca hərtərəfli və daimi atəşkəs lehinə kollektiv beynəlxalq səylərin davam etdirilməsinin vacibliyini bir daha vurğuladı. Onlar təhlükəsiz və davamlı humanitar yardım yaradılmasının vacibliyini bir daha təsdiq etdilər", - deyə məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
olaylar.az

1Mənbələr